Milli komandamız böyük hesablı qələbə qazandı

Milli komandamız böyük hesablı qələbə qazandı
XƏBƏR 2 Fevral 2011 / 10:46 1819
-  A +

Almaniyada təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması TV 1880 "Nabburq" klubunun qızlardan təşkil olunmuş U-17 komandası ilə yoldaşlıq oyunu keçirib. Qol.Az-ın məlumatına görə, qarşılaşma 7:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.

Şəfəq Nəsirova, Olya Şioşvili, Ləman Bağırova və Aysun Əliyevanın hərəyə 1 qol vurduğu qarşılaşmada Aliyə Vəliyeva het-trik edib.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner