"Anji" Mahir Şükürovla qələbə qazandı

"Anji" Mahir Şükürovla qələbə qazandı
XƏBƏR 2 Fevral 2011 / 01:47 2050
-  A +

Rusiyanın "Anji" klubu Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplantısı çərçivəsində növbəti yoxlama matçını keçirib. Qol.Az-ın məlumatına görə, Mahaçqala təmsilçisi Özbəkistanın "Şurtan" komandası ilə qarşılaşıb.

Oyun "Anji"nin qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 55-ci dəqiqədə Miroslav Slavov açıb. 74-cü dəqiqədə isə Todor Timonov penaltini dəqiq yerinə yetirib.

Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov 90 dəqiqəni əvəzlənmədən keçirib.

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq