"Anji" Azərbaycan yığmasının futbolçusundan imtina etdi

"Anji" Azərbaycan yığmasının futbolçusundan imtina etdi
XƏBƏR 2 Fevral 2011 / 01:22 2234
-  A +

Rusiyanın "Anji" klubu Azərbaycanın 21 yaşlılardan ibarət yığmasının futbolçusu Rüstəm Abbasovu bəyənməyib. Qol.Az-ın məlumatına görə, bu barədə Mahaçqala komandasının baş məşqçisi Hacı Hacıyev klubun mətbuat xidmətinə bildirib.

O, Abbasovdan əlavə, baxışda olan daha iki oyunçudan imtina etdiklərini deyib.

Qeyd edək ki, Rüstəm Abbasov "Anji"nin yanvarın 27-də Rumıniyanın "Universitatya" komandası ilə yoxlama matçının son 18 dəqiqəsində çıxış edib. 

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner