"Qarabağ" Almaniya klubunu darmadağın etdi

"Qarabağ" Almaniya klubunu darmadağın etdi
XƏBƏR 2 Fevral 2011 / 00:25 2719
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısında olan "Qarabağ" klubunun 17 yaşlılardan ibarət komandası ilk yoxlama oyununa çıxıb. Qol.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Mübariz Orucovun başçılıq etdiyi komanda Almaniya "Ansen"indən olan həmyaşıdları ilə qarşılaşıb. 

"Qarabağ" meydançaya bu heyətlə çıxıb: İbrahim Abbasov, Əli Manaflı, Elmar Rəsulov, Elçin Rəhimli, Fuad Məmmədzadə, İlkin Məmmədov, İsmayıl Əzizzadə, Eşqin Tağıyev, Emil Haşımov, Ramin Şirinov, Nurlan Əhmədov. Oyuna sonradan daxil olanlar: Cəmil Məmmədli, Çoşqun Qorçiyev, Nicat Abbasov, Vüqar Mövlamov, Tural  Rzayev, Orxan Abdullazadə, Siyamək Məmişov.

Görüş Ağdam komandasının böyük hesablı qələbəsi ilə nəticələnib - 6:0. Ramin Şirinov "het-trik", Nurlan Əhmədov "dubl" edib. Daha bir qola isə Elçin Rəhimli imza atıb.

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq