"Həqiqətən də "Neftçi" çox yaxşı komandadır"

"Həqiqətən də "Neftçi" çox yaxşı komandadır"
XƏBƏR 2 Fevral 2011 / 00:18 1860
-  A +

"Neftçi" ilə oyun bizə çox çətin oldu. Bu görüşün hər iki komandanın hazırlığına böyük xeyri var". Qol.Az-ın məlumatına görə, bu sözləri Bosniya və Herseqovinanın "Çelik Zenitsa" klubunun baş məşqçisi Abdulah İbrakoviç "Neftçi" ilə yoxlama matçından sonra deyib.

Bosniyalı mütəxəssis flaqmanın rəsmi saytına açıqlamasında 0:1 hesablı məğlubiyyətin səbəbini belə izah edib: "Neftçi"nin Azərbaycan çempionatının lideri olmasını bilirik. Buna görə də onlara yoxlama matçı keçirməyi təklif etmişdik. "Neftçi"nin gücünü gördükdən sonra sparrinq-rəqib seçməkdə yanılmadığımızı başa düşdük. Həqiqətən də "Neftçi" çox yaxşı komandadır".

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq