Arif Əsədov: "Ardıcıl qələbələr əhval-ruhiyyəmizi daha da yaxşılaşdırır"

Arif Əsədov: "Ardıcıl qələbələr əhval-ruhiyyəmizi daha da yaxşılaşdırır"
XƏBƏR 1 Fevral 2011 / 23:19 2144
-  A +

"Əvvəlki oyunlarla müqayisədə, "Çelik Zenitsa" ilə matç kobud oldu. Rəqib atletik futbola üstünlük verirdi. Biz texnikalı oyun nümayiş etdirdiyimizdən, onlar məcburiyyət qarşısında qalıb, arxadan futbolçularımıza qarşı kobudluq edirdilər". Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Arif Əsədov klubun rəsmi saytına açıqlamasında deyib.

Əsədov bildirib ki, bu gün Antalyada Bosniya və Herseqovinanın "Çelik Zenitsa" klubu ilə yoxlama matçında 1:0 hesablı qələbə flaqman futbolçularının əhval-ruhiyyələrini daha da yaxşılaşdırıb: "Çelik Zenitsa"nın kobud oynamasına baxmayaraq, "Neftçi"nin futbolçuları sonadək mübarizə apardılar. Məhz mübarizliyin sayəsində qalib gəldik. Oyun üslubumuzu qoruyub saxlamağa çalışırdıq. İkinci hissədə Flavinyonun meydana daxil olması ilə təşəbbüsə tam yiyələndik. Qələbə topunu da elə onun ötürməsindən sonra Bahodir Nasimov vurdu".

Bu, "Neftçi"nin ardıcıl 3-cü qələbəsi olub. Baş məşqçinin fikrincə, komandasının qalibiyyətləri sıralaması komandanın düşərgəsində əhval-ruhiyyənin daha da yaxşılaşmasına səbəb olur: "Yenə də gənclərin hamısına oynamaq şansı verdik. Fevralın 3-də təlim-məşq toplanışı çərçivəsində axırıncı yoxlama matçını keçirəcəyik. Bundan sonra Premyer Liqa üçün heyəti müəyyənləşdirəcəyik".

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq