"Qəbələ" "Lokomotiv"lə oyunda sülhə razılaşdı

XƏBƏR 1 Fevral 2011 / 16:03 1736
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Qəbələ" klubu növbəti yoxlama matçını keçirib. Qol.Az-ın məlumatına görə, Toni Adamsın yetirmələri bu dəfə Xorvatiyanın "Lokomotiv" klubu ilə qarşılaşıb. Oyun ərzində tərəflərin səyinə baxmayaraq matçda hesab açılmayıb.  Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
 
Qeyd edək ki, "Qəbələ"  bundan öncə Türkiyədə 2 yoxlama oyununda  qüvvəsini sınamışdı.  Cənubi Koreyanın "Yonsey" klubuna 1:3  hesabı ilə uduzsa da, bu ölkənin digər təmsilçisi "Qyeongnam"a  2:0 hesabı ilə qalib gəlmişdi.


Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq