"Bakı"nın müdafiəçisi Almaniya klubunda

"Bakı"nın müdafiəçisi Almaniya klubunda
XƏBƏR 1 Fevral 2011 / 13:48 2143
-  A +

Paytaxtın "Bakı" klubu ilə yollarını ayıran toqolu müdafiəçi Dare Nibombe artıq özünə yeni klub tapıb. Qol.Az-ın məlumatına görə, Nibombe bundan sonra karyerasını Almaniya çempionatında davam etdirəcək.
 
30 yaşlı futbolçu  Almaniyanın  II  Bundesliqa təmsilçisi "Arminiya"  (Bielfild) klubu ilə rəsmi müqaviə bağlayıb.  Maraq üçün qeyd edək ki,  "Arminiya"  hazırda 20 komanda arasında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
 
Qeyd edək ki,  2010-cu ildə "Bakı"ya transfer olunan Nibombe bu komandanın heyətində keçirdiyi 13 qarşılaşmada cəmi 1 dəfə fərqlənməyə nail olub.

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq