Misirdəki siyasi gərginlik futbolu da «vurdu»

XƏBƏR 1 Fevral 2011 / 12:53 1922
-  A +

ABŞ Futbol Federasiyası fevralın 9-da Misir milli komandasıyla nəzərdə tutulan yoxlama oyunundan imtina edib. Qol.Az-ın məlumatına görə, buna səbəb Misir Ərəb Respublikasında son günlər yaşanan siyasi gərginlikdir.

"Biz Misir millisi ilə oyuna hazırlığın mühüm mərhələsi kimi baxırdıq. Amma indiki məqamda bu oyundan imtina etməyimiz daha uyğundur. Biz bu qərarımıza hörmət edən tərəflərə təşəkkürümüzü bildiririk» - deyə ABŞ Futbol Federasiyasının bəyanatında bildirilir.


Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq