Emil Mpenza Belçikaya yollandı

Emil Mpenza Belçikaya yollandı
XƏBƏR 1 Fevral 2011 / 00:42 2278
-  A +

"Neftçi"nin futbolçusu Emil Mpenza komandanın təlim-məşq toplantısı keçdiyi Türkiyənin Antalya şəhərini tərk edib. Qol.Az-ın klubun rəsmi saytına istinadən xəbərinə görə, təcrübəli hücumçu tibbi müayinədən keçmək üçün Belçikaya yollanıb.

O, flaqmanın baş məşqçisi Arif Əsədovun icazəsi və klub rəhbərliyinin razılığı ilə səfərə çıxıb. Mpenza öz istəyi ilə Belçikada şəxsi həkimi tərəfindən müayinə olunacaq. Tibbi müayinədən sonra 33 yaşlı forvard Antalyaya qayıdacaq.

Qeyd edək ki, Emil Mpenza diz nahiyəsindəki ağrılardan əziyyət çəkir. Futbolçu "Neftçi"nin Antalyada keçirdiyi ikinci təlim-məşq toplanışı zamanı tibbi müayinədən keçib.

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq