"Anortosis" Ketsbayanın formasını əbədiləşdirdi (FOTO)

"Anortosis" Ketsbayanın formasını əbədiləşdirdi (FOTO)
XƏBƏR 1 Fevral 2011 / 00:24 1956
-  A +

Kiprin "Anortosis" klubu hazırda Gürcüstan milli komandasına rəhbərlik edən Temuri Ketsbayanın şərəfinə 14 nömrəli formanı əbədiləşdirib. Qol.Az-ın məlumatına görə, bu barədə "Anortosis"in 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə elan olunub.

Temuri Ketsbaya "Anortosis"də 8 mövsüm çıxış edib və klubun tarixində ən yaxşı oyunçulardan olub. Sonradan gürcüstanlı mütəxəssis bu komandanın sükanı arxasına keçib və sensasion şəkildə Çempionlar Liqasının qrup mərhələsinə çıxarıb.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner