Rəşad Sadıqov "Eskişehirspor"un qələbəsini izlədi

Rəşad Sadıqov "Eskişehirspor"un qələbəsini izlədi
XƏBƏR 31 Yanvar 2011 / 23:56 2375
-  A +

Türkiyə Superliqasının 19-cu turuna "Eskişehirpspor" - "Konyaspor" matçı ilə yekun vurulub. Qol.Az-ın məlumatına görə, Eskişehirdəki "Atatürk" stadionunda keçirilmiş qarşılaşmada meydan sahibləri qalib gəlib - 1:0.

Yeganə qolu 87-ci dəqiqədə Sezer Öztürk vurub. "Eskişehirspor"da çıxış edən Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov matçı ehtiyat oyunçular skamyasından izləyib. Onun komandası isə 20 illik fasilədən sonra "Konyaspor"u yenməyi bacarıb. 8 oyunluq cəzasını başa vuran "Eskişehirspor"un çalışdırıcısı təlimatlarını texniki zonadan verib. 

Bu qələbə sayəsində "Eskişehirspor" xallarını 28-ə çatdırıb və 6-cı pilləyə yüksəlib. "Konyaspor" isə 15 xalla 16-cı pillədə qalıb.  


Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq