Tuncay Şanlı "Volfsburq"la müqavilə bağladı

Tuncay Şanlı "Volfsburq"la müqavilə bağladı
XƏBƏR 31 Yanvar 2011 / 22:32 1809
-  A +

Türkiyə millisinin və İngiltərənin "Stok Siti" komandasının futbolçusu Tuncay Şanlı Almaniyanın "Volfsburq" klubu ilə 3,5 illik müqavilə bağlayıb. Qol.Az-ın "Volfsburq"un rəsmi saytına istinadən xəbərinə görə, Tuncay 6 nömrəli forma geyinəcək.

29 yaşlı forvard İngiltərənin "Mançester Siti" klubuna keçən bosniyalı Edin Cekonu əvəzləyəcək.

Qeyd edək ki, Tuncay Şanlı 2007-ci ildə Türkiyənin "Fənərbaxça" klubundan İngiltərənin "Midlsboro" komandasına keçib. 2 mövsüm ərzində 67 matçda 15 qol vuran Tuncay 2009-cu ildə "Stok Siti"yə transfer olub. Lakin o, ilyarım ərzində 44 matçda cəmi 5 qol vura bilib. Təcrübəli hücumçunun yeni klubu "Volfsburq" 20 turdan sonra Almaniya Bundesliqasında 12-ci pillədə yer alır.  

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq