"Bakı"dan Bərəkətli qələbə

"Bakı"dan Bərəkətli qələbə
XƏBƏR 31 Yanvar 2011 / 22:52 2417
-  A +

"Bakı" klubu Türkiyənin Antalya şəhərində keçirdiyi təlim-məşq toplantısının 16-cı günündə 4-cü yoxlama matçına çıxıb. Qol.Az-ın məlumatına görə, baş məşqçi Aleksandr Starkovun komandası Rumıniya "Panduri"si ilə qarşılaşıb.

"Susesi" otelinin meydançasında baş tutan görüş Rumıniyanın "DJ Sport" telekanalı ilə canlı yayımlanıb. "Bakı" oyuna bu heyətlə çıxıb:

1. Marko Şarliya, 3. Rafael Əmirbəyov, 4. Vadim Borets, 33. Aleksey Savinov,  5. Stevan Bates, 11. Adnan Bərəkət, 77. Aleksandar Şoliç, 2. Saşa Kaykut, 30. İbrahim Karqbo, 20. Juninyo, 10. Ruslan Reviqa.  

31-cu dəqiqədə yerinə yetirilən künc zərbəsindən sonra Şoliç topu qapı qarşısına göndərib, Bərəkət qapıçıdan qayıdan topu tora göndərib - 1:0. 45-ci dəqiqədə əvvəlcə Kaykut, ardından Reviqanın zərbəsindən sonra top rəqibin qapı dirəyindən qayıdıb. İlk yarı "Bakı"nın 1:0 hesablı üstünlüyü ilə başa çatıb. 

Fasilədən sonra "zolaqlılar"ın heyətində dəyişiklik edilib. Xalidu Sissoko(23) Marko Şarlyanı, Ernad Skuliç (8) İbrahim Karqbonu, Mahmud Qurbanov (7) Saşa Kaykutu əvəzləyib.
75-ci dəqiqədə Bates sarı vərəqə alıb. 82-ci dəqiqədə isə Reviqa ikinci qolu vurmağa yaxın olub. Onun qüvvətli zərbəsindən sonra top rəqib müdafiəçiyə dəyib. Hakim oyunun əsas vaxtına əlavə etdiyi 2 dəqiqə müddətində də "Bakı"nın hücumları davam edib. Lakin hesab dəyişməyib. "Bakı" 4-cü yoxlama matçında 2-ci qələbəsini əldə edib.

Qeyd edək ki, "Bakı" əvvəlki yoldaşlıq görüşlərində Qazaxıstan təmsilçilərindən "Akjayik"i yenib - 3:0, "Şaxtyor" (Karaqanda) ilə 1:1, Ukrayna Metallurq"u (Zaporojye) ilə 0:0 hesablı heç-heçə edib. 
 

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq