"Milan" daha bir transferini reallaşdırdı

"Milan" daha bir transferini reallaşdırdı
XƏBƏR 31 Yanvar 2011 / 19:07 2519
-  A +

İtaliya A seriyasının lideri olan "Milan" heyətini gücləndirməkdə davam edir. Qol.Az-ın məlumatına görə, "Milan" klubu bu dəfə "Yuventus"un təcrübəli müdafiəçisi Nikola Leqrotaqliye ilə anlaşıb.
 
Bu mövsüm İtaliya çempionluğunu hədəfləyən "Milan" 34 yaşlı futbolçu ilə 6 aylıq müqavilə imzalayıb.  Futbolçunun özü də artıq "Yuventus"dakı komanda yoldaşları ilə vidalaşdığını və sabah Milana gedəcəyini bildirib.

Qeyd edək ki, "Milan" bundan öncə Antonio Kassano, Urbi Emanielson, Didak Vila və Mark Van Bommeli transfer etmişdi.


Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq