Roman Abramoviçdən 95 milyon futn-sterlinq

Roman Abramoviçdən 95 milyon futn-sterlinq
XƏBƏR 31 Yanvar 2011 / 15:32 2352
-  A +

İngiltərənin "Çelsi" klubu "Liverpul"un ispaniyalı hücumçusu Fernando Torresi transfer etmək üçün yenidən hərəkətə keçib. Qol.Az-ın məlumatına görə, "Çelsi" klubunun sahibi Roman Abramoviç bu dəfə 26 yaşlı futbolçu üçün qarşı tərəfə 95 milyon funt-sterlinq təklif edib.

"Liverpul"un baş məşqçisi Kenni Dalqliş isə "Luiz Suaresin komandaya gəlişindən sonra Torresin "Çelsi"yə keçidini müsbət qarşıladığını və bununla yanaşı "Anelka + pul" təklifini də qəbul edəcəyini açıqlayıb.  

Qeyd edək ki, "Çelsi" rəhbərliyi Torresin transferi üçün daha əvvəl 60 milyon funt-sterlinq təklif etsə də, bu qarşı tərəfi razı salmamışdı.


Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq