Tuncay Şanlı "Volfsburq"da

Tuncay Şanlı "Volfsburq"da
XƏBƏR 31 Yanvar 2011 / 14:25 2207
-  A +

İngiltərənin "Stok Siti" klubunda forma geyən Tuncay Şanlı karyerasını Bundesliqada davam etdirə bilər. Qol.Az-ın məlumatına görə, qış transfer pəncərəsinin bağlanmasına 2 gün qalmış Almaniyanın "Volsburq" klubu Tuncaya elçi düşüb.

Bundesliqa təmsilçisi artıq bununla bağlı "Stok Siti" klubuna rəsmi təklif edib. "Volfsburq"un Tuncay üçün qarşı tərəfə 4 milyon funt-sterlinq təklif etdiyi söylənilir.

"Stok Siti"nin baş məşqçisi Toni Pulis də Tuncayın keçidinə münasibət bildirib: "Biz "Volfsburq"un təklifini qəbul etdik. Ancaq Tuncayın komandada qalmağını istəyirik. O, komandamız üçün faydalı bir oyunçudur".

Qeyd edək ki, artıq Almaniyaya gedən futbolçunun bu gün tibbi müayinədən keçəcəyi gözlənilir.


Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq