"Xəzər Lənkəran" 2 legioneri ilə müqavilə bağladı (FOTO)

"Xəzər Lənkəran" 2 legioneri ilə müqavilə bağladı (FOTO)
XƏBƏR 31 Yanvar 2011 / 14:03 2504
-  A +

"Xəzər Lənkəran" Futbol Klubu iki futboçusu ilə müqavilələrin artırılması barədə razılığa gəlib. Qol.Az-ın məlumatına görə, razılığa əsasən klubun albaniyalı futbolçusu Elvin Beqiri bundan sonra da "Xəzər Lənkəran"da çıxış etməyə davam edəcək.

Mərkəz müdafiəçisi olan Beqiri bugünə kimi komandanın heyətində 38 oyun keçirib və 5 qola imza atmağa nail olub.

Müqaviləsi artırılan digər oyunçu isə nigeriyalı hücumçu Emeka Oparadır. Ötən mövsüm komandanın sıralarına qoşulan Opara, bu müddətə qədər komandada 25 oyun keçirib və 5 dəfə rəqib qapılarına yol tapıb.


Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq