"Mançester Yunayted"in futbolçusu yığmadakı karyerasına son qoydu

"Mançester Yunayted"in futbolçusu yığmadakı karyerasına son qoydu
XƏBƏR 31 Yanvar 2011 / 13:34 2016
-  A +

İngiltərənin "Mançester Yunayted" klubunun təcrübəli yarımmüdafiəçisi Ci Sun Park Cənubi Koreya millisi ilə vidalaşdığını açıqlayıb. Qol.Az-ın məlumatına görə, 29 yaşlı futbolçu bununla yığmada gənclərə yol açmaq istədiyini bildirib: "Cənubi Koreya millisində çıxış etmək mənim üçün böyük bir qürurdu. Artıq xroniki zədələrim yüksək səviyyədə çıxış etməyimə mane olur. Buna görə də, artıq gənc futbolçuların oynamağına imkan yaratmalıyam. Düşünürəm ki, bu ölkəmin futbolu üçün verdiyim ən doğru qərardır"

Qeyd edək ki, Ci Sun Park Asiya kubokunda Yaponiyaya qarşı keçirilən matçda milli komandanın heyətində 100-cü oyununu keçirmişdi.


Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq