"Muğan" daha 2 legioneri ilə yollarını ayırdı

"Muğan" daha 2 legioneri ilə yollarını ayırdı
XƏBƏR 31 Yanvar 2011 / 11:27 1811
-  A +

Salyan təmsilçisi "Muğan" daha 2 leqioner futbolçusunu heyətdən kənarlaşdırıb. Qol.Az-ın məlumatına görə, bunlar "Muğan"ın 31 yaşlı gürcü futbolçusu Davit Svanidze və moldovalı Dan Pisladır.

Klubdan verilən informasiyaya görə, futbolçunun ilk dövrə ərzindəki zəif çıxışı və etimadları doğrulda bilməməsi onların komandadan kənarlaşdırılmasına səbəb olub.

Məlumat üçün bildirmək istərdik ki, Davit Svanidze daha öncə (1999 - 2009) Gürcüstanın "Sioni Bolnisi" komandasında, Dan Pisla isə (2007-2010) Sumqayıtın "Standard" klubunda çıxış etmişdir.


Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq