Millimizin baş məşqçisi: "Komandam oyunun sonuna qədər mübarizə apardı"

Millimizin baş məşqçisi: "Komandam oyunun sonuna qədər mübarizə apardı"
XƏBƏR 31 Yanvar 2011 / 10:45 1858
-  A +

Türkiyənin Antalya şəhərində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə Almaniyanın "Maynts" klubunun əvəzedici komandası arasında yoldaşlıq oyunu keçirilib. Qol.Az-ın məlumatına görə, yığmamızın baş məşqçisi Bernhard Lippert  oyunu barədə affa.az saytına fikirlərini bildirib: "Əvvəllər də qeyd etdiyimi kimi, belə oyunlarda nəticə ən əhəmiyyətli məsələ deyil. Daha vacib olan futbolçuların hazırlıq səviyyəsini, onların komandaya nə dərəcədə faydalı olmasını müəyyənləşdirməkdir. Konkret bu oyunda məni sevindirən amil komandamızın oyunun sonuna qədər mübarizə aparması oldu".
 

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq