"Real"a ağır zərbə

"Real"a ağır zərbə
XƏBƏR 31 Yanvar 2011 / 00:33 2424
-  A +

İspaniyanın "Real Madrid" klubu çempionluq yolunda daha bir ağır zərbə alıb. Qol.Az-ın məlumatına görə, "kral klubu" ölkə çempionatının 21-ci turunda səfərdə "Osasuna"ya uduzub - 0:1.
 
Yeganə topu 62-ci dəqiqədə Xavyer Kamunas vurub. Bu məğlubiyyətdən sonra madridlilər 51 xalla ikinci pillədə qalaraq, turu lider "Barselona"dan 7 xal geridə başa vurublar. Xallarını 21-ə çatdıran "Osasuna" isə autsayderlər qrupundan çıxıb.

Qeyd edək ki, "Osasuna" ilə qarşılaşmada "Real Madrid"in yeni transferi Emmanuel Adebayor da forma geyinib. Lakin o, məğlubiyyətə əngəl ola bilməyib.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner