Rəşad Sadıqov yenə basketbol oynadı

Rəşad Sadıqov yenə basketbol oynadı
XƏBƏR 30 Yanvar 2011 / 21:17 3212
-  A +

Türkiyə Superliqasının 19-cu turunda "Eskişehirspor" klubu "Konyaspor"u qəbul edəcək. Qol.Az-ın məlumatına görə, yanvarın 31-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Baş məşqçi Bülənt Uyğunun komandası bu oyunun son hazırlıqlarını Anadolu Universitetinin idman zalında keçirib. Eskişehirə qar yağdığından meydançada məşq şəraiti olmayıb. Futbolçular iki qrupa bölünərək zalda basketbol oynayıblar. Onların arasında Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov da olub. Tamaşaçıların marağına səbəb olan matçda komanda üzvləri basketbol oynaya bildiklərini də nümayiş etdiriblər. Azarkeşlər "Bu heyətdən üç basketbol komandası çıxar" deyiblər. 

Əslində, Rəşad Sadıqov üçün basketbol oyunu yeni məşğuliyyət növü deyil. O, 2006-cı ildə "Kayserispor"dan ayrıldığı vaxt "Neftçi"yə qayıtsa da, transfer pəncərəsi bağlandığından, futbolsuz qalıb. Bu zaman Sadıqov formasını qorumaq üçün basketbol üzrə Azərbaycan çempionatında çıxış edib.

Son xəbərlər