"Bavariya"da şok: Oyun vaxtı Robben Müllerə yumruq atdı (FOTO)

"Bavariya"da şok: Oyun vaxtı Robben Müllerə yumruq atdı (FOTO)
XƏBƏR 30 Yanvar 2011 / 20:55 2913
-  A +

Almaniya çempionatının 20-ci turunda "Verder"i səfərdə 3:1 hesabı ilə yendiyi oyun zamanı "Bavariya"nın futbolçuları arasında dava düşüb. Qol.Az-ın məlumatına görə, Münhen klubunun futbolçusu Aryen Robben komanda yoldaşı Tomas Müllerin üzərinə hücum çəkib. 

O, Müllerə yumruq atıb. Robben bu hərəkətini gənc futbolçunun özündənrazılığı və hörmətsizliyi ilə izah edib: "Biz bir kollektivik. Hər kəs bir-birinə hörmətlə yanaşmalıdır. Belə şeylərə nifrət edirəm". 

"Bavariya"nın yeni kapitanı Filipp Lam isə bu xoşagəlməz olayı müzakirə edəcəklərini deyib. Futbolçulara hər hansı cəzanın veriləcəyi hələ məlum deyil.  


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner