"Qarabağ" klubu Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplantısı çərçivəsində dördüncü yoxlama matçını keçirib. Qol.Az-ın məlumatına görə, Ağdam komandası Rumıniya "Qaz Metan"ı ilə üz-üzə gəlib.
"Qarabağ"ın start heyətində Fərhad Vəliyev, Zaur Həşimov, Aftandil Hacıyev, Admir Teli, Ansi Aqolli, Namir Yusifov, Rəşad Sadiqov, Nderim Nedzipi, Emin İmaməliyev, Georgi Adamiya, Andrey Rubins yer alıb.
Ruminiyada canlı yayımlanan matça baş məşqçi Qurvan Qurbanovun komandası daha yaxşı başlayıb. 5-ci dəqiqədə Adamiya qapıçı ilə təkbətək çıxsa da, rəqibin onu formasından dartdığına görə zərbə endirə bilməyib. Cərimə zərbəsini isə Nedzipi qapıçının üstünə vurub. Əvəzində rumıniyalılar ilk həmlədəcə hesabı açıblar. Künc zərbəsindən sonra Tarqavas başla qol vurub. Ardınca Aqollinin iki həmləsi təhlükəli alınıb. İlk epizodda Rubins asmanı tamamlaya bilməyib. İkinci cəhddə isə Aqollinin zərbəsini qolkiper çətinliklə dəf edib. İlk yarı boyunca "Qarabağ" topa nəzarət etsə də, ikinci qol yenə rumınlardan gəlib. Əks-hücum zamanı "Qaza Metan" ikinci dəfə fərqlənib. Ağdam komandası isə ilk yarının son dəqiqəsində daha bir real qol şansını boşa verib. Adamiya sol cinahdan ötürməyə dəqiq ayaq qoya bilməyib.
Fasilədən sonra Əfran İsmayılov meydançaya daxil olub. Zədə üzündən 6 ayadək yaşıl meydanlardan kənarda qalan İsmayılov ikinci yarıda ilk qol şansının müəllifi olub. Nedzipinin zərbəsindən sonra dönən topa o, dəqiq zərbə endirə bilməyib. 64-cü dəqiqədə isə hesab arasındakı fərq nəhayət azalıb. Künc zərbəsindən sonra Aftandil Hacıyev başla hesab arasındakı fərqi azaldıb. Qoldan sonrakı 2 dəqiqə ərzində iki real qol şansı boşa gedib. Sadiqov və Adamiya əlverişli imkanlardan yararlana bilməyiblər. Rəqibi tamamilə qapısına sıxan "Qarabağ" növbəti real qol şansından da yararlanmayıb. Nedzipi qapıçı ilə təkbətək çıxsa da, 100 faizlik vəziyyətdə topu qapıçının üstünə vurub. İkinci yarının gedişində Ayxan Abbasov, Rəşad Kərimov, Devran Ayhan, İlqar Qurbanov, Tahar Aymen meydançaya daxil olub. Elə komandada baxışda olan Aymenin ötürməsindən sonra Nedzipi növbəti dəfə qol şansı əldə etsə də, zərbəsi bu dəfə də dəqiq olmayıb.
Beləliklə, "Qarabağ" görüşdən 1:2 hesablı məğlubiyyətlə ayrılıb.
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər
Messidən daha bir dünya rekordu
A seriyasına yüksəldilər, baş məşqçi ilə müqavilə uzadıldı
"Çelsi"nin futbolçusu "Sportinq"ə keçdi
"Qarabağ"dan ayrıldı, yenidən icarəyə göndərildi
Mundiallarda bunu bacaran ilk komanda oldular
Bakıda möhtəşəm boks gecəsi - Şəkillər
"Hakimin qərarını heç cür başa düşə bilmirəm" - Murat Yakın
Skaloni çatışmazlıqları gizlətmədi
DÇ-2026: bombardirlər siyahısındakı son durum
Argentinanı yarımfinala yüksəldən qələbə - Video
“Qarabağ” Nihad Mujakiçin transferini bitirir
Seneqal millisinin baş məşqçisi göndərildi
112-ci dəqiqədə qol vuran futbolçu matçın ən yaxşısı seçildi