"Qarabağ" "Zenit"lə qarşılaşacaq

"Qarabağ" "Zenit"lə qarşılaşacaq
XƏBƏR 30 Yanvar 2011 / 01:54 2742
-  A +

Ötən mövsüm Azərbaycan çempionu olmuş "Qarabağ"ın 17 yaşlılardan ibarət komandası hazırlıqlarını davam etdirir. Qol.Az-ın məlumatına görə, Mübariz Orucovun başçılıq etdiyi komanda Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına yollanıb.

Fevralın 4-dək qardaş ölkədə hazırlıq keçəcək yeniyetmələr 2 yoxlama oyunu keçirəcəklər. "Qarabağ" bu gün Almaniyanın "Ahnen" klubundan olan həmyaşıdlıları ilə qarşılaşacaq. Fevralın 3-də  isə rəqib Rusiya "Zenit"i olacaq.

Son xəbərlər