Yeni yaradılan yığmamız uduzub

Yeni yaradılan yığmamız uduzub
XƏBƏR 30 Yanvar 2011 / 01:47 2207
-  A +

Almaniyada təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yerli "Reqensburq" klubundan olan həmyaşıdları ilə yoldaşlıq oyunu keçirib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən xəbərinə görə, qarşılaşma "Reqensburq"un xeyrinə başa çatıb - 2:1.
 
Yığmamızın heyətində Olya Şioşvili fərqlənib.

Qeyd edək ki, 17 yaşlı qızlardan ibarət Azərbaycan yığması yenicə qurulub.

Son xəbərlər