"Yaşca böyük rəqiblərlə oynamağa üstünlük veririk"

"Yaşca böyük rəqiblərlə oynamağa üstünlük veririk"
XƏBƏR 30 Yanvar 2011 / 01:38 1889
-  A +

"Futbolçularımızın gərgin matçlara alışması üçün yaş etibarilə daha böyük rəqiblərlə oynamağa üstünlük veririk". Qol.Az-ın məlumatına görə, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov "Türkiyemspor" klubunun 19 yaşadək futbolçulardan qurulan komandası ilə yoldaşlıq oyunundan sonra affa.az saytına deyib. 

Gənc mütəxəssis bildirib ki, belə qarşılaşmalarda qazanılan qələbələr komandada özünəinamı artırır: "Bu gün bütün futbolçulara oynamaq şansı verdim. Sevindirici haldır ki, komandanın bütün üzvləri sona qədər mübarizə apardılar və qalib gəldik".

Qeyd edək ki, oyun yığmamızın 2:0 hesablı qıələbəsi ilə nəticələnib.

Son xəbərlər