Asiya Kubokunun qalibi müəyyənləşdi

Asiya Kubokunun qalibi müəyyənləşdi
XƏBƏR 30 Yanvar 2011 / 01:19 2037
-  A +

Qətərdə keçirilən Asiya Kubokuna yekun vurulub. Qol.Az-ın məlumatına görə, finalda Yaponiya və Avstraliya yığmaları qarşılaşıb.

Doha şəhərindəki "Xalifa İnternational" stadionunda təşkil olunan qarşılaşmanı özbəkistanlı FİFA referisi Ravşan İrmatov idarə edib. Oyunun əsas vaxtında fərqlənən olmayıb. Əlavə vaxtın 19-cu dəqiqəsində isə Tadanari Linin qolu Yaponiyaya qələbə bəxş edib - 1:0. 

Qeyd edək ki, bürünc medalı 3-cü yer uğrunda görüşdə Özbəkistanı 3:2 hesabı ilə yenən Cənubi Koreya qazanıb.  

Son xəbərlər