Transfer fəaliyyətini davam etdirən AZAL klubu daha iki futbolçunu sıralarına qatıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən xəbərinə görə, "təyyarəçilər" belaruslu Gennadi Bliznyuk və latviyalı Ritus Kryauklisin keçidini rəsmiləşdirib.
Hər iki futbolçu ilə ikiillik müqavilə bağlanılıb. Onlar komandanın təlim-məşq toplanışı çərçivəsində 3 yoxlama oyununda uğurla baxışdan keçiblər. Hücumçu mövqeyində çıxış edən 31 yaşlı Bliznyuk əvvəllər Belarusun "Qomel", BATE, Rusiyanın "Sokol" və "Sibir, eləcə də Almaniyanın "Frankfurt" komandalarının formasını geyinib. Onun sonuncu klubu "Belşina" (Belarus) olub. Bliznyuk 2009-cu ilədək yığmaya da çağırılıb və 9 matçda 1 qol vurub. 25 yaşlı müdafiəçi Kryauklis isə əvvəllər Latviyanın "Dinaburq" və "Ventspils" klublarında çıxış edib, Latviya yığmasında 8 oyunun iştirakçısı olub. "Bakı" komandasına da rəhbərlik edən Latviya millisinin baş məşqçisi Aleksandr Starkov onu fevralın 9-da Boliviya ilə keçirəcəkləri yoldaşlıq görüşünə çağırıb.
Qeyd edək ki, AZAL daha bir hücumçu axtarışındadır. Yanvarın 31-də Almaniya "Volfsburq"unun ikinci komandası ilə keçirəcəyi sonuncu yoxlama oyununda komanda rəhbərliyi bu mövqeyə bir neçə namizədi baxışdan keçirəcək. Məhz bundan sonra yeni forvardın kimliyinə aydınlıq gətiriləcək.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu