AZAL əzmkar qələbə qazandı

AZAL əzmkar qələbə qazandı
XƏBƏR 30 Yanvar 2011 / 00:16 1971
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısında olan AZAL klubu növbəti yoxlama oyununu keçirib. Qol.Az-ın məlumatına görə, "təyyarəçilər" "Titanik" otelinin meydançasında Almaniyanın 3-cü divizionun təmsilçisi "Berliner AK 07"lə qarşılaşıb.

Görüş AZAL-ın qələbəsi ilə nəticələnib - 3:2. Baş məşqçi Nazim Süleymanovun komandasından qolları Anar Həsənov, Usim Nduka və Viktor İgbekoyi vurub. 

Qeyd edək ki, AZAL Antalyada sonuncu matçını yanvarın 31-də keçirəcək. Həmin gün Bakı klubunun rəqibi "Volfsbuq"un ikinci komandası olacaq.

Son xəbərlər