"Neftçi"nin sürətli oyununu bəyəndim"

"Neftçi"nin sürətli oyununu bəyəndim"
XƏBƏR 29 Yanvar 2011 / 23:58 2107
-  A +

Avstriyanın "Şturm" klubunun baş məşqçisi Franko Foda Türkiyənin Antalya şəhərində "Neftçi" komandası ilə yoxlama matçından sonra fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, almaniyalı mütəxəssis flaqmanın rəsmi saytına açıqlamasında 0:2 hesablı məğlubiyyətin səbəblərini açıqlayıb. 

Foda deyib: "Birinci hissədə böyük problem yaşadıq. Çünki topu özümüzdə saxlaya bilmirdik. Buna görə də 2 qol buraxdıq. Fasilədən sonra isə üstünlük bizim tərəfimizdə idi. Bir neçə qol vəziyyətimiz olsa da, bunlardan yararlana bilmədik".

"Neftçi" barədə də danışan "Şturm"un baş məşqçisi "ağ-qaralar"ın ünvanına xoş sözlər söyləyib: "Neftçi" mənim çox xoşuma gəldi. Bu komandanın bir sıra müsbət keyfiyyətləri var. Ən çox bəyəndyim cəhət isə "Neftçi"nin sürətli futbol oynaması oldu".

Son xəbərlər