"Şaxtyor"un hücumçusu "Bakı"da (FOTO)

"Şaxtyor"un hücumçusu "Bakı"da (FOTO)
XƏBƏR 29 Yanvar 2011 / 18:34 3097
-  A +

"Bakı" klubunun baş məşqçisi Aleksandr Starkov baxışa daha bir futbolçu dəvət edib. Qol.Az-ın məlumatına görə, ampluaca hücumçu olan Ruslan Leviqa artıq komandanın düşərgəsindədir və axşam məşqinə komanda ilə birgə çıxacaq.

Ruslan Leviqa 1983-cü ilin 31 yanvar tarixində Ukraynda anadan olub. Ukraynanın "Şaxtryor" (Donetsk), "Metallurq" (Donetsk), "Borisfen", "İlyiçevets", "Çernomorets", Rusiyanın "Sokol" (Saratov) klublarında çıxış edib. Son iş yeri Qazaxıstanın "Tobol" (Kustanay) klubu olub.

Ruslan Leviqa Ukraynanın gənclərdən ibarət milli komandasında (U-21) 2 oyun keçirib, 1 qola imza atıb. Boyu 185 sm, çəkisi 78 kq-dır.


Son xəbərlər