"Neftçi" Rusiya klubuna qalib gəldi

"Neftçi" Rusiya klubuna qalib gəldi
XƏBƏR 29 Yanvar 2011 / 10:53 2395
-  A +

Rusiyanın Krasnodar vilayətinin Krımsk şəhərində təlim-məşq toplanışında olan "Neftçi"nin əvəzedici heyəti ikinci yoxlama oyununu keçirib. Qol.Az-ın məlumatına görə, gənc futbolçular Rusiyanın "Krasnodar" klubunun əvəzedici heyəti ilə qarşılaşıblar. Görüş 1:0 hesabı ilə "Neftçi"nin xeyrinə başa çatıb. Yeganə qolu oyunun sonlarında İlham Allahverdiyev vurub.

Xatırladaq ki, hazırlıq prosesini fevralın 4-dək davam etdirəcək İqor Getmanın rəhbərlik etdiyi komanda ilk yoxlama görüşünü "Spartak" (Nalçik) klubunun əvəzedici heyətinə qarşı keçirmiş və həmin oyun 1:1 hesabı ilə başa çatmışdı.


Son xəbərlər