Budun Budunov: "Dağıstan xalqı Emin Ağayevi sevir"

Budun Budunov: "Dağıstan xalqı Emin Ağayevi sevir"
XƏBƏR 29 Yanvar 2011 / 01:24 2597
-  A +

"Emin Ağayevin "Anji"yə rəis kimi qayıdacağı haqda xəbərlər o qədər də həqiqətə uyğun deyil. Mən onu seleksiyaçı-məşqçi kimi görürəm". Qol.Az-ın məlumatına görə, bunu Dağıstan Futbol Federasiyasının prezidenti Budun Budunov "Novoe Delo" qəzetinə müsahibəsində deyib.

Artıq bu haqda Ağayevlə danışdıqlarını söyləyən Budunov 5-dək seleksiyaçı-məşqçiyə ehtiyac duyduqlarını açıqlayıb: "Böyük iş aparılacaq. Kimisi Rusiyada, kimisi də əcnəbi futbolçularla işləyəcək. Bu, bizə lazımdır".

Federasiya prezidentinin sözlərinə görə, məhz onun təşəbbüsü ilə Azərbaycan yığmasının sabiq müdafiəçisini "Anji"yə qayıdacaq: "Dağıstan xalqı Emini tanıyır və sevir. O, qabiliyyətli insandır, futboldan yaxşı anlayışı var. Fikrimcə, Ağayev bizə kömək edəcək".
 
Budunov digər seleksiyaçı-məşqçilərin adlarına Türkiyədə davam edən təlim-məşq toplantısının sonunadək aydınlıq gələcəyini əlavə edib.  

Son xəbərlər