Asiya Kubokunun bürünc medalları sahibini tapdı

Asiya Kubokunun bürünc medalları sahibini tapdı
XƏBƏR 29 Yanvar 2011 / 00:41 1881
-  A +

Qətərdə təşkil olunan futbol üzrə Asiya Kubokunda 3-cü yer uğrunda oyun keçirilib. Qol.Az-ın məlumatına görə, Özbəkistan millisini 3:2 hesabı ilə yenən Cənubi Koreya yığması bürünc medala sahib olub.

Koreyalılar 19-cu dəqiqədə Ku Çja Çol, 28 və 39-cu dəqiqələrdə isə Çji Donq Vonun qolları sayəsində 3:0 hesabı ilə önə keçib. Qeynrix 45-ci dəqiqədə penaltidən və 53-cü dəqiqədə fərqlənsə də, Özbəkistan bərabərlik qolunu vura bilməyib. 

Asiya Kubokunda final matçı yanvarın 29-da keçiriləcək. Həmin gün Bakı vaxtı ilə saat 19:00-da Avstraliya ilə Yaponiya görüşəcək.  

Son xəbərlər