"Liverpul" Luis Suaresi aldı

"Liverpul" Luis Suaresi aldı
XƏBƏR 29 Yanvar 2011 / 00:22 2522
-  A +

İngiltərənin "Liverpul" klubu Hollandiyanın "Ayaks" komandasının və Uruqvay millisinin futbolçusu Luis Suaresi transfer edib. Qol.Az-ın "Liverpul"un rəsmi saytına istinadən verdiyi xəbərə görə, 24 yaşlı hücumçu tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza atacaq.

Bu transfer qarşılığında "Ayaks"a 26,5 avro ödəniləcək. Futbolçunun şəxsi müqavilənin detalları isə sonradan razılaşdırılacaq.

Qeyd edək ki, 24 yanvar 1987-ci ildə anadan olan Luis Suares 2006-cı ildə "Nasyonal"ın heyətində Uruqvay çempionu olub. Həmin il o, Hollandiyanın "Qroningen" klubuna 800 min avroya, növbəti il isə "Ayaks"a 7,5 milyon avroya keçib. Amsterdam komandasında gənc forvard 108 oyuna 81 qol vurub. Suares 2010-cu il dünya çempionatında Uruqvay yığmasının heyətində yarımfinaladək irəliləyib.  

Son xəbərlər