UEFA İcraiyyə Komitəsi (İK) yanvarın 28-də keçirdiyi iclasında Ukrayna Futbol Federasiyasının (FFU) FİFA-ya ünvanladığı məktubu müzakirə edib. Qol.Az-ın məlumatına görə, FFU-nun yanvarın 24-də göndərdiyi məktubda ölkənin hökumət orqanlarının milli assosiasiyanın işinə müdaxilə etdiyi bildirilir.
UEFA İK FİFA-nın mövqeyini tam dəstəkləyib və FFU-ya konkret tədbirlər görmək, bu prosesin qarşısını almaq üçün müvafiq təsdiq sənədi göndərmək tələbi ilə məktub göndərib. Məktubda bildirilir: "Anlaşılmazlığı aradan qaldırmaq məqsədilə izah emək istərdik ki, FFU-nun diskvalifikasiyası ölkə klublarının UEFA bayrağı altında yarışlarda iştirak edə bilməməsinə, Ukrayna yığmasının isə Avropa miqyaslı turnirlərdən kənarda qalmasına gətirib çıxaracaq".
Məktubda o da qeyd olunub ki, İK FFU-nu FİFA üzvlüyündən kənarlaşdırılacağı təqdirdə, UEFA Ukraynanı 2012-ci il Avropa çempionatının həmtəşkilatçılıq hüququndan məhrum edəcək. 2013-cü il gənclər arasında Avropa çempionatının seçmə qrup mərhələsinin fevralın 3-də keçiriləcək püşkatma mərasimində isə UEFA Ukraynanı 5 yox, 6 komandalı qrupa salacaq. FFU diskvalifikasiya ediləcəyi və Ukrayna turnirdən avtomatik kənarlaşdırılacağı halda, oyunların təqvimində minimal dəyişiklik ediləcək.
Qeyd edək ki, bir neçə gün öncə FİFA FFU-nun I vitse-prezidenti Sergey Storojenkonun məktubunu rəsmən cavablandırıb. Məktubda Storojenko FFU-nun kollektiv üzvlərindən çoxunun Georgi Surkisin federasiya prezidenti postundan istefası təşəbbüsünü irəli sürdüyünü yazıb. Lakin FİFA qiyamçıları dəstəkləməyib, onların hərəkətini kənar təzyiq kimi dəyərləndirib, Ukraynanı isə təşkilat üzvlüyündəki fəaliyyətini dayandıracağı ilə hədələyib. Yanvarın 27-də məlum olub ki, FFU İK-nın 10 üzvü, o cümlədən, Premyer Liqanın prezidenti Vitali Danilov, FFU-nun I vitse-prezidenti Sergey Storojenko və başqaları qurumun İK-nın iclasının keçirilməsi təşəbbüsünü irəli sürmək niyyətindədirlər.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu