Andrey Mureşanın "Xəzər Lənkəran"a keçidi təsdiqləndi

Andrey Mureşanın "Xəzər Lənkəran"a keçidi təsdiqləndi
XƏBƏR 28 Yanvar 2011 / 16:17 2351
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Xəzər Lənkəran" klubuna rumıniyalı futbolçuların axını davam edir. Qol.Az-ın məlumatına görə, Rumıniyanın "Qloriya" (Bistrita) klubunun yarımmüdafiəçisi Andrey Mureşanın " Xəzər Lənkəran"a keçidi öz həllini tapıb.

Rumıniya mətbuatının yazdığına görə, "Qloriya" klubu artıq Mureşanın keçidini təsdiqləyib. 25 yaşlı futbolçunun "Xəzər Lənkəran"da bu mövsümün sonuna qədər icarə əsasında çıxış edəcəyi bildirilir.

Qeyd edək ki, "Qloriya"nın heyətində 58 oyuna çıxan futbolçu rəqib qapılarına 5 dəfə yol tapıb.  


Son xəbərlər