Van der Sar karyerasını başa vuracaq

Van der Sar karyerasını başa vuracaq
XƏBƏR 28 Yanvar 2011 / 13:32 1814
-  A +

"Mançester Yunayted"in hollandiyalı qapıçısı Van der Sar karyerasını başa vuracağını açıqlayıb. Qol.Az-ın məlumatına görə, 40 yaşlı qapıçı artıq bu mövsümün sonunda karyerasına son qoyacağını bildirib: "Uzun zamandır ki, karyeramı başa vurmaq haqda düşünürdüm. Lakin həyat yoldaşımın xəstəliyindən sonra bu haqda daha çox düşünməyə başkladım və öz yekun qərarımı verdim. Hazırda həyat yoldaşım vəziyyəti yaxşıdır. Bundan sonra ömrümün qalan hissəsini ailəmə həsr etmək istəyirəm. Karyeramda yetərincə uğur qazanmışam. Yaş da artıq öz sözünü deyir. Hesab edirəm ki, futbolla vidalaşmağın əsl vaxtıdır".

Son xəbərlər