Hacı Hacıyev Vaqif Sadıqovu təriflədi

Hacı Hacıyev Vaqif Sadıqovu təriflədi
XƏBƏR 28 Yanvar 2011 / 00:15 2301
-  A +

Rusiyanın "Anji" klubunun baş məşqçisi Hacı Hacıyev azərbaycanlı mütəxəssis Vaqif Sadıqovun komandaya böyük məşqçi təyinatını şərh edib. Qol.Az-ın məlumatına görə, dağıstanlı mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında Sadıqovun yaxşı peşəkar məşqçi səviyyəsinə uyğun gəldiyini söyləyib.

"Sadıqov təcrübəli və bilikli mütəxəssisdir. O, Azərbaycan yığmasının, öz ölkəsinin yüksək liqa klublarının baş məşqçisi olub, SSRİ çempionatının güclülər dəstəsində oynayıb" deyə Hacıyev bildirib.

Son xəbərlər