Baxışda olanlar AZAL-a qələbə qazandırdı

Baxışda olanlar AZAL-a qələbə qazandırdı
XƏBƏR 27 Yanvar 2011 / 23:21 1672
-  A +

Bakının AZAL klubu Türkiyənin Antalya şəhərində keçirdiyi təlim-məşq toplantısı çərçivəsində növbəti yoxlama matçına çıxıb. Qol.Az-ın məlumatına görə, rəqib Ukrayna Premyer Liqasında mübarizə aparan "Volın" olub.

Görüş baş məşqçi Nazim Süleymanovun komandasının qələbəsi ilə yekunlaşıb - 2:1. AZAL-ın qollarını 42-ci dəqiqədə Enyo Krastovçev, 60-cı dəqiqədə isə Ritus Ritus Krjaklis vurub. Hər iki futbolçu "təyyarəçilər"in heyətində baxışdadır.

Qeyd edək ki, əvvəlki yoxlama matçlarında AZAL Ukraynanın "Zarya" komandasına 0:2 hesabı ilə uduzub, Qazaxıstanın "Vostok" klubu ilə heç-heçə edib - 1:1.

Son xəbərlər