Emmanuel Adebayor: "Real"da debüt edəcəyim günü səbirsizliklə gözləyirəm"

Emmanuel Adebayor: "Real"da debüt edəcəyim günü səbirsizliklə gözləyirəm"
XƏBƏR 27 Yanvar 2011 / 19:23 1975
-  A +

İngiltərənin "Mançester Siti" klubundan "Real"a transfer olunan toqolu hücumçu Emmanuel Adebayor yeni komandası haqda xoş sözlər deyib. Qol.Az-ın məlumatına görə, 26 yaşlı futbolçu yeni klubunda da uğur qazanacağına inandığını bildirib: "Əlbəttə, "Real" dünyanın ən yaxşı klublarından biridir. Burada çıxış etmək hər futbolçuya nəsib olmur. Madriddə özümü evimdəki kimi hiss edirəm. Təbii ki, mən bura qol vurmaq üçün gəlmişəm. Komandanın tarixində yeni uğurlara imza atmaq istəyirəm. Artıq "Real"da debüt edəcəyim günü səbirsizliklə gözləyirəm. Lakin hər şey baş məşqçi Mourinyonun qərarından asılıdır. O, mənə şans verəcəyi təqdirdə meydana çıxıb komandanın uğuru üçün əlimdən gələni edəcəyəm. Kərim Bezema ilə birgə çıxış etmək də çox gözəldir. O, çox səviyyəli bir futbolçudur. İnanıram ki, Benzema ilə oyunum gözləniləndən də yaxşı alınacaq".

Son xəbərlər