Radomir Todorov "Bakı"da

Radomir Todorov "Bakı"da
XƏBƏR 27 Yanvar 2011 / 18:34 2429
-  A +

Antalyada təlim-məşq toplantısını davam etdirən "Bakı" klubunda baxışa dəvət olunan ilk futbolçu yer alır. Qol.Az-ın məlumatına görə, bu bolqarıstanlı müdafiəçi Radomir Todorovdur.

Todorov Azərbaycan futbolsevərlərinə yaxşı tanış olan oyunçudur. O, 2007-ci ildən etibarən Lənkəranın "Xəzər Lənkəran" klubunun şərəfini qoruyub.

Hazırda Radomir Todorov transferə çıxarılıb. Müdafiəçi bir neçə gün ərzində komandamızla birgə məşq edəcək.

30 yaşlı futbolçunun transferi ilə bağlı mümkün qərarı komandamızın baş məşqçisi Aleksandr Starkov verəcək. Yalnız bundan sonra Lənkəran klubu ilə danışıqlar aparıla bilər.


Son xəbərlər