"Özümü yaxşı hiss edirəm. Düzdür, dünən keçirilən yoxlama matçında az oynadım. Buna baxmayaraq, mənim üçün yaxşı oldu. Növbəti qarşılaşmalarda daha çox oynamağa hazıram". Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Flavinyo klubun rəsmi saytına açıqlamasında deyib. Premyer Liqada "Muğan"la görüşdə ayağı sınan braziliyalı yarımmüdafiəçi 2 aydan çox futbol oynaya bilməyib. O, uzun fasilədən sonra dünən Antalyada Ukrayna "Arsenal"ı ilə matçda meydana çıxıb.
Flavinyo hələlik fiziki cəhətdən çətinlik çəkdiyini söyləyib: "İki aya yaxın məşq edə bilmədiyimdən, əzələlərim boşalmışdı. Artıq 20 gündür məşqlərə başlamışam. Günü-gündən fiziki cəhətdən irəliləyiş hiss edirəm". Braziliyalı futbolçu bildirib ki, fevralın 13-də Premyer Liqanın 20-ci turu çərçivəsində "Xəzər Lənkəran"la oyuna qədər formaya düşəcək: "Xəzər Lənkəran"la matça tam hazır olacağam. Bu görüş bizim üçün çox əhəmiyyətlidir. Demək olar, bütün ölkədə bu oyun barəsində danışırlar. Mənə elə gəlir ki, Bakıda qələbə qazanmaq şansımız böyükdür. İlk matçda da qalib gələ bilərdik. Rəqibin cəmi bir şansı oldu, onu da qola çevirdi. Amma bu dəfə onlar üçün tam fərqli olacaq".
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər
Messidən daha bir dünya rekordu
A seriyasına yüksəldilər, baş məşqçi ilə müqavilə uzadıldı
"Çelsi"nin futbolçusu "Sportinq"ə keçdi
"Qarabağ"dan ayrıldı, yenidən icarəyə göndərildi
Mundiallarda bunu bacaran ilk komanda oldular
Bakıda möhtəşəm boks gecəsi - Şəkillər
"Hakimin qərarını heç cür başa düşə bilmirəm" - Murat Yakın
Skaloni çatışmazlıqları gizlətmədi
DÇ-2026: bombardirlər siyahısındakı son durum
Argentinanı yarımfinala yüksəldən qələbə - Video