Berti Foqtsun rəhbərlik etdiyi Azərbaycan milli komandası bu gün yenidən bir araya gəlib. Qol.Az-ın məlumatına görə, millilərimiz ilk təlim-məşq toplanışını üçün Birləşmiş Ərəb Əmirliklərinə gedib. Fevralın 10-a kimi davam edəcək təlim-məşq toplanışı çərçivəsində milli komandamız ayın 9-da Macarıstan yığması ilə qarşılaşacaq.
Artıq milli komandanın düşərgəsinə futbolçular gəlməkdə davam edir. Milli futbolçularımızın əksərriyyəti əsasən Türkiyənin Antalya şəhərindən gəlir. Buna səbəb isə "Neftçi", "Xəzər Lənkəran", "Qarabağ", "Bakı", "Qəbələ" və "Turan" klublarının qardaş ölkədə təlim-məşq toplanışında olmalarıdır.
Bununla belə, millinin təlim-məşq toplanışına 2 futbolçumuz bir qədər gec qoşulacaq. Bunlardan biri millimizin kapitanı və Türkiyənin "Eskişehirspor" klubunun müdafiəçisi Rəşad Sadıqov, digəri isə Rusiyanın "Anji" klubunda forma geyənm Mahir Şükürovdur. Adı çəkilən futbolçular yığmanın düşərgəsinə fevralın 7-də qoşulacaq. Buna səbəb isə onların çıxış etdikləri klubların bu futbolçulara məhz həmin gün icazə vermələridir.
Azərbaycan yığmasının Dubayda təlim-məşq toplanışındakı heyəti isə belədir:
Qapıçılar: Kamran Ağayev ("Xəzər Lənkəran"), Aqil Məmmədov ("Bakı"), Andrey Popoviç ("Abşeron")
Müdafiəçilər: Rəşad Sadıqov ("Əskişəhərspor", Türkiyə), Saşa Yunisoğlu ("Qəbələ"), Vladimir Levin ("İnter"), Vurğun Hüseynov ("Turan"), Rail Məlikov, Ruslan Abışov (hər ikisi "Neftçi"), Maksim Medvedev ("Qarabağ"), Elnur Allahverdiyev ("Xəzər Lənkəran")
Yarımmüdafiəçilər: Samir Abasov, Elvin Məmmədov (hər ikisi "Qarabağ"), Əziz Quliyev, Fabio Luis Ramim (hər ikisi "Bakı"), Samir Zərgərov ("Gəncə"), Amit Quluzadə, Cavid Hüseynov (hər ikisi "Neftçi"), Rahid Əmirquliyev, Elnur Abdullayev (hər ikisi "Xəzər Lənkəran"), Aleksandr Çertoqanov ("İnter"), Arif İsayev ("Qəbələ"), Mahir Şükürov ("Anji", Rusiya)
Hücumçular: Vüqar Nadirov, Rauf Əliyev (hər ikisi "Qarabağ"), Vaqif Cavadov ("Bakı"), Murad Hüseynov ("Qəbələ")
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı