Milli komandamız bu gün Macarıstan yığması ilə qarşılaşacaq

Milli komandamız bu gün Macarıstan yığması ilə qarşılaşacaq
XƏBƏR 27 Yanvar 2011 / 11:17 1993
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Macarıstanın B millisinə seleksiya məqsədilə dəvət olunmuş futbolçulardan təşkil olunmuş komanda ilə yoldaşlıq oyunu keçirəcək. Qol.Az-ın məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Bununla əlaqədar, U-21-in yanvarın 28-də Rusiyanın "Terek" klubunun əvəzedici komandası ilə keçirilməsi nəzərdə tutulan yoldaşlıq oyunu keçirilməyəcək.


Son xəbərlər