"Neftçi"nin 4 futbolçusu millinin düşərgəsinə yollandı

"Neftçi"nin 4 futbolçusu millinin düşərgəsinə yollandı
XƏBƏR 27 Yanvar 2011 / 11:09 1893
-  A +

Antalyada təlim-məşq toplanışı keçən "Neftçi" PFK-nın 4 üzvü Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə yola düşüb. Qol.Az-ın məlumatına görə, Rail Məlikov, Ruslan Abışov, Cavid Hüseynov və Amit Quluzadə adıçəkilən şəhərdə hazırlıq prosesi keçəcək Azərbaycan milli komandasının düşərgəsinə qoşulacaqlar. Onlar yığmanın təlim-məşq toplanışında iştirak etməklə yanaşı, yoldaşlıq görüşlərində də qüvvələrini sınayacaqlar.

Son xəbərlər