"Arsenal"ın baş məşqçisi: "Etiraf edək ki, "Neftçi" güclü klubdur"

"Arsenal"ın baş məşqçisi:  "Etiraf edək ki, "Neftçi" güclü klubdur"
XƏBƏR 27 Yanvar 2011 / 10:28 1928
-  A +

"Bu gün iki fərqli hissə izlədik. Birinci hissədə "Neftçi" daha çox hücumda olurdusa, fasilədən sonra təzyiqi artırıb, tədricən mübarizəni bərabərləşdirdik. Hətta buraxılan qollardan birinin əvəzini də çıxa bildik". Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi" klubunun rəsmi saytına açıqlamasında Ukrayna "Arsenal"ının baş məşqçisi Yuri Bakalov deyib. Onun rəhbərlik etdiyi kollektiv bu gün Antalyada keçirilən yoxlama matçında flaqmana 1:2 hesabı ilə uduzub. Bakalov "Neftçi"nin güclü olduğunu vurğulayıb: "Etiraf edək ki, "Neftçi" güclü klubdur. Komanda yaxşı təşkilatlanıb, texnikalı, sürətli oyun nümayiş etdirir. Amma nəzərə almaq lazımdır ki, indi biz hazırlığın müxtəlif mərhələlərindəyik. Əgər "Neftçi" əsas hazırlıq mərhələsindədirsə, bu, bizim ilk təlim-məşq toplanışımızdır. Hər halda, maraqlı oyun oldu. "Neftçi"yə qarşıdakı yarışlarda uğurlar arzulayıram".

Son xəbərlər