Millimizin baş məşqçisi: "Bu dəfə daha yaxşı mübarizə apardıq"

Millimizin baş məşqçisi: "Bu dəfə daha yaxşı mübarizə apardıq"
XƏBƏR 27 Yanvar 2011 / 10:56 1762
-  A +

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə Rusiyanın "Krılya Sovetov" klubunun əvəzedici komandası arasında yoldaşlıq oyunu keçirilib. Qol.Az-ın məlumatına görə, oyundan sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov affa.az saytına fikirlərini bildirib: "Burada keçirdiyimiz ilk oyunla müqayisədə bu dəfə daha yaxşı mübarizə apardıq. Ruslan Nəsirlinin 3 qol vurmasına baxmayaraq, komandada heç kimi xüsusi fərqləndirmək istəməzdim. Ümumilikdə, oyunumuz alındı. Çatışmazlıqları aradan qaldırmaq üçün belə oyunların əhəmiyyəti böyükdür".

Son xəbərlər